Əsas məzmuna keç

Elektrik mühərriki ilə işləyən avtobusların idxalı və satışı ƏDV-dən azad edilir

Elektrik mühərriki ilə işləyən avtobusların idxalı və satışı ƏDV-dən azad edilir

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilmiş təsdiqedici sənədə əsasən sənaye parklarının rezidentləri tərəfindən...

icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilmiş təsdiqedici sənədə əsasən parklarının rezidentləri tərəfindən sənaye istehsalı (yığımı) məqsədilə oturacaqsız, tutacaqsız və monitoru quraşdırılmamış yalnız mühərriki ilə avtobusların idxalı və sənaye parklarının rezidentləri tərəfindən idxal edilmiş həmin avtobusların oturacağı, tutacağı və monitoru quraşdırılmaqla 2026-cı il yanvarın 1-dən 1 il müddətinə ƏDV-dən azad ediləcək.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Məlumat üçün bildirək ki, mövcud qanunvericiliyə əsasən, yalnız elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı və satışı ƏDV-dən azaddır.

Növbəti ildən sözügedən güzəşt tətbiq edilməyəcək.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…