Operativ Məlumat Mərkəzi

Elçin Əmirbəyov: Ermənistanın COP29-un Bakıda keçirilməsinə razılığı etimad tədbirlərinin nəticəsidir

2 dəq
Paylaş:
Elçin Əmirbəyov: Ermənistanın COP29-un Bakıda keçirilməsinə razılığı etimad tədbirlərinin nəticəsidir

COP Bürosunun üzvü kimi etimadın möhkəmləndirilməsi tədbirləri nəticəsində Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) ev sahibliyi etməsi ilə razılaşıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Almaniyanın “Zeit” qəzetinə müsahibəsində Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin deyib.

Onun sözlərinə görə, ölkələr arasında hərbçilərin mübadiləsi də müsbət tendensiyadır və bu, həm də Bakı ilə İrəvan arasında etimadın möhkəmlənməsinə xidmət edir:

“COP29 konfransı ilə bağlı Ermənistanla razılaşmaya diqqət yetirmənizi istərdik. 32 erməni hərbçisinin 2 azərbaycanlı hərbçi ilə dəyişdirilməsi barədə razılığa gəldik. Eyni zamanda, Ermənistan COP Bürosunun üzvü kimi öz növbəsində Azərbaycanın bu il COP29 iqlim konfransına ev sahibliyi etməsi ilə bağlı razılığa gəlib. Bu, tədbirlərinin nəticəsi idi və bunun necə həyata keçirilə biləcəyini göstərir”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax