Operativ Məlumat Mərkəzi

Əlahiddə Ümumqoşun Orduda hərbi vəzifəlilərlə təlim toplanışı keçirilib - VİDEO

2 dəq
Paylaş:
Əlahiddə Ümumqoşun Orduda hərbi vəzifəlilərlə təlim toplanışı keçirilib - VİDEO

2025-ci ilin hazırlıq planına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət ilə birgə tədbirlər çərçivəsində Əlahiddə Ümumqoşun Orduda (ƏÜO) ehtiyatdan bir qrup hərbi vəzifəlinin cəlb edildiyi təlim toplanışı keçirilib.

Ehtiyatdan çağırılan hərbi qeydiyyata alınıb və təmin olunub

Müdafiə Nazirliyindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, ehtiyatdan çağırılan hərbi vəzifəlilər qeydiyyatdan və həkim müayinəsindən keçdikdən sonra hərbi geyim və digər təminat növləri ilə təmin olunub.

Maarifləndirmə tədbirləri və sıra hazırlığı məşğələləri aparılıb

Hərbi vəzifəlilərlə maarifləndirici söhbətlər aparılıb, onlara hərbi nizamnamələrin və müvafiq qanunvericiliyin tələbləri xatırladılıb, qaydaları çatdırılıb, eləcə də sıra hazırlığı üzrə məşğələlər keçirilib.

Atış çalışmaları ilə döyüş hazırlığı gücləndirilib

Toplanış çərçivəsində hərbi vəzifəlilərin döyüş hazırlığnın artırılması, atəş hazırlığı səviyyəsinin yüksəldilməsi məqsədilə atıcı silahlardan və qumbaraatanlardan atış çalışmaları icra edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hərbi Siyasət

Hamısına bax