Operativ Məlumat Mərkəzi

Eksternat imtahanlarının nəticələri açıqlanıb

2 dəq
Paylaş:
Eksternat imtahanlarının nəticələri açıqlanıb

Bakı şəhəri üzrə keçirilən qaydasında aralıq imtahanlarının nəticələri açıqlanıb.

Bakı Şəhəri üzrə İdarəsindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, əvvəlki illərdə ümumi orta (IX ) və tam orta (XI sinif) təhsil səviyyələrini başa vura şəxslər üçün təşkil olunan imtahanlara hər iki səviyyə üzrə ümumilikdə 1 223 nəfər qatılıb.

Onlardan 385 nəfər müsbət nəticə əldə edib. Eksternat imtahanlarında ümumi orta təhsil səviyyəsi üzrə 102 nəfər, tam orta təhsil səviyyəsi üzrə 283 nəfər uğur qazanıb.

Nəticələr barədə məlumatlar eksternlərin qeydiyyatdan keçdiyi mobil nömrəyə SMS vasitəsilə göndərilib.

Növbəti mərhələdə eksternlər Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək imtahanlarının nəticələrinə uyğun olaraq ümumi orta və tam orta təhsil haqqında attestat ala biləcəklər.

Qeyd edək ki, eksternat təhsilalma formasının tətbiqi müxtəlif səbəblərdən ümumi orta və tam orta təhsil səviyyələrini başa vura bilməyən şəxslərə həmin səviyyələr üzrə buraxılış imtahanı verib müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq məqsədi daşıyır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Elm və təhsil

Hamısına bax