Operativ Məlumat Mərkəzi

Eksternat imtahanları üçün sənəd qəbulu başlayır

2 dəq
Paylaş:
Eksternat imtahanları üçün sənəd qəbulu başlayır

Şəhəri üzrə İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində əvvəlki illərdə təhsil almış, lakin ümumi təhsil məktəblərini ümumi orta (IX) və tam orta (XI) təhsil səviyyələri üzrə başa vura şəxslər üçün qaydasında keçiriləcək imtahanlara qəbulu başlayır.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Eksternat imtahanlarında iştirak etmək istəyən şəxslər 17 noyabr- 1 dekabr (saat 18:00-dək) tarixlərində müvafiq sənədlərini BŞTİ-yə təqdim edə bilərlər.

Qeyd edək ki, eksternat imtahanlarının təşkili müxtəlif səbəblərdən ümumi orta və tam orta təhsil səviyyələrini başa vura bilməyən şəxslərə həmin səviyyələr üzrə buraxılış imtahanı verərək müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq məqsədi daşıyır. Eksternat imtahanlarında uğur qazanmış şəxslər ümumi orta və tam orta təhsil haqqında sənəd (attestat) almaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən buraxılış imtahanlarında iştirak etmək hüququna sahib olacaqlar.

Əlavə sualı olan vətəndaşlar BŞTİ-nin Çağrı Mərkəzinə (146-1) zəng etməklə məlumat ala bilərlər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Elm və təhsil

Hamısına bax