Əsas məzmuna keç

Ehtiyatda olan hərbi vəzifəlilərin təlim toplanışı davam edir

Ehtiyatda olan hərbi vəzifəlilərin təlim toplanışı davam edir

Müdafiə nazirinin təsdiq etdiyi hazırlıq planına əsasən, ehtiyatda olan hərbi vəzifəlilərin döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə “N” hərbi...

Müdafiə nazirinin hazırlıq planına əsasən, ehtiyatda olan hərbi vəzifəlilərin döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə “N” hərbi hissəsində keçirilən toplanışı davam edir.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Müdafiə Nazirliyindən bildirilib.

Təlim çərçivəsində şəxsi heyətin asudə vaxtının səmərəli təşkili məqsədilə Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin səyyar təşviqat qrupu hərbi hissədə olub, mədəni-kütləvi tədbir keçirilib.

Tədbirdə ehtiyatdan hərbi vəzifəlilərə mövzusunda konsert proqramı təqdim olunub.

Keçirilən tədbir şəxsi heyət tərəfindən ruh yüksəkliyi və rəğbətlə qarşılanıb.

Sonda hərbi vəzifəlilərə hərbi-vətənpərvərlik mövzusunda film nümayiş etdirilib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…