Operativ Məlumat Mərkəzi

Əfqanıstanda şaxtalara görə, 170 nəfər ölüb

1 dəq
Paylaş:
Əfqanıstanda şaxtalara görə, 170 nəfər ölüb

Əfqanıstanın 34 əyalətindən 24-də şiddətli və qar yağması nəticəsində 150-dən çox binası dağılıb, 80 min başdan çox mal-qara tələf olub. 170 nəfər ölüb, onlardan 50-si uşaqdır

"Operativ Məlumat Mərkəzi - OMM" əxəbər verir ki, bu barədə Sinxua agentliyi məlumat yayıb.

Bu qış əhalisi üçün son illərin ən soyuq qışı olub. Yanvarın əvvəlində havanın temperaturu -28°C-ə, ölkənin bəzi yerlərində isə -34°C-yə qədər enib.

Ölənlərin əksəriyyəti evlərini odun və ya kömürlə qızdırmaq imkanı olmayan kənd sakinləridir. Belə hava şəraitinə uyğunlaşmayan ölkə aclıq təhlükəsi ilə üzləşə bilər.

Qeyd edək ki, bir neçə gün əvvəl Əfqanıstanda qeydə alınan anomal soyuq ilə əlaqədar ölənlərin sayı 157 nəfər olduğu bildirilirdi.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax