Operativ Məlumat Mərkəzi

Ədliyyə Nazirliyi bələdiyyələrlə bağlı tövsiyə hazırladı

2 dəq
Paylaş:
Ədliyyə Nazirliyi bələdiyyələrlə bağlı tövsiyə hazırladı

Azərbaycanda yanvarın 29-da növbəti bələdiyyə seçkiləri keçirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, yerli özünüidarənin təkmilləşdirilməsi, dayanıqlı və yüksək maliyyə imkanlarına malik yeni bələdiyyələrin yaradılması, yerli əhəmiyyətli məsələlərin həllində onların fəaliyyətinin genişləndirilməsi məqsədilə qəbul Qanunla 1400 bələdiyyənin birləşməsi nəticəsində 480 yeni bələdiyyə yaradılıb və ölkə üzrə bələdiyyələrin ümumi sayı 685 olaraq müəyyənləşib.

Ədliyyə Nazirliyi istiqamətləri çərçivəsində bələdiyyələrin işinin təşkilinə kömək edir, onlara metodoloji yardım göstərir, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirir.

Bu istiqamətdə nazirliyin Bələdiyyələrlə iş baş idarəsi tərəfindən tövsiyə hazırlanıb.

Tövsiyədə bələdiyyələrin tərkibinin formalaşdırılması, ilk iclasının keçirilməsi, iclaslarda müzakirə edilən , eləcə də bələdiyyə aktlarının inzibati orqanına təqdim olunması və s. məsələlər öz əksini tapıb.

“Bələdiyyələrlə iş” informasiya sisteminə daxil olaraq tövsiyə ilə tanış olmaq mümkündür.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax