Operativ Məlumat Mərkəzi

ECO-nun Xankəndi Zirvə görüşündə Əfqanıstanın əsas prioritetləri elan olunub

2 dəq
Paylaş:
ECO-nun Xankəndi Zirvə görüşündə Əfqanıstanın əsas prioritetləri elan olunub

Tədbirin təşkilinə görə İlham Əliyevə təşəkkür edirik.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Baş nazirinin müavini Əbdül Qəni Bəradər İqtisadi Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə bildirib.

Əbdül Qəni Bəradər deyib ki, Əfqanıstan İslam Əmirliyi artıq tərəfindən tanınıb: “Əfqanıstan görünməmiş ümummilli birlik əldə edib. Bu, bizə ECO üzvləri ilə strateji əlaqələri həyata keçirməyə imkan verəcək. Biz narkotik maddələrin dövriyyəsi ilə bağlı qətiyyətli tədbirlər görürük”.

Əfqanıstan Baş nazirinin müavini qeyd edib ki, Kabilin xarici siyasəti qarışlıqlı hörmətə, faydalı əməkdaşlığa əsaslanır: “Biz əməkdaşlığın şaxələndirilməsinin tərəfdarıyıq. Xarici siyasətimizin hədəfi iqtisadiyyatımızın dirçəldilməsidir. Biz dəhlizlərini dəstəkləyirik, ölkəmizdən keçəcək mühüm nəqliyyat dəhlizi də bura daxildir”.

Əbdül Qəni Bəradər vurğulayıb ki, ECO üzvlərinin Əfqanıstana qarşılıqlı dəstəyi mühüm əhəmiyyət kəsb edir: “Əfqanıstan sərmayəçilər üçün əlverişli investisiya məkanına çevrilib, xarici investorlar bir çox sahələrə investisiya yatırmaqdadır. ECO üzvlərini də Əfqanıstana sərmayə qoymağa çağırıram”.

O, İqtisadi Əməkdaşlıq Təşkilatının 18-ci Zirvə görüşünün Kabildə keçirilməsini təklif edib. Əbdül Qəni Bəradər deyib ki, belə bir görüşün təşkil edilməsinə hazırdırlar.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax