Operativ Məlumat Mərkəzi

DYP skuterlə hərəkət edənlərə xəbərdarlıq edib

2 dəq
Paylaş:
DYP skuterlə hərəkət edənlərə xəbərdarlıq edib

Skuterlə hərəkət edənlərə

DİN-in Baş Dövlət İdarəsi skuterlə hərəkət edənlərə xəbərdarlıq edib.

İdarədən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, xəbərdarlıqda deyilir:

Ciddi təhlükə mənbəyi

"Son illər ölkəmizdə və digər elektrikli fərdi hərəkət vasitələrindən istifadə hallarında əhəmiyyətli artım müşahidə olunur. Lakin, bu vasitələrində hərəkət edən bəzi şəxslərin qaydalarına laqeyd münasibəti onların özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığı üçün ciddi təhlükə mənbəyinə çevrilməkdədir.

Skuterlərfın istifadə zamanı ən çox rast gəlinən qayda pozuntuları

Skuterlərfın istifadə zamanı ən çox rast gəlinən qayda pozuntuları sırasında aşağıdakılar yer alır:

- bir skuterdə iki nəfərin hərəkət etməsi (bu, balans itkisi və qəza riskini artırır);
- piyada səkilərində və zolaqlarında yüksək sürətlə hərəkət;
- işıqfor və yol nişanlarının tələblərinə əməl edilməməsi;
- gecə saatlarında xəbərdaredici işıq və ya işarələrsiz hərəkət;
- azyaşlı və sürücülük bacarığı olmayan şəxslərin skuterlə yol hərəkətinə qoşulması.

Qeyd olunan bu cür davranışlar təkcə inzibati məsuliyyət doğurmur, eyni zamanda ağır nəticələrə səbəb ola biləcək qəzalara zəmin yaradır.

Bir daha xatırladırıq:

Skuter nəqliyyat vasitəsidir və onu idarə edən hər bir şəxs yol hərəkəti haqqında qanunvericiliyin tələblərinə ciddi şəkildə əməl etməlidir.

Unutmayaq, bir anlıq məsuliyyətsizlik, ömürlük peşmançılığa səbəb ola bilər!"

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax