Operativ Məlumat Mərkəzi

DYP: Parklanma və dayanma-durma qaydalarına ciddi şəkildə əməl olunmalıdır

2 dəq
Paylaş:
DYP: Parklanma və dayanma-durma qaydalarına ciddi şəkildə əməl olunmalıdır

DİN-in Baş Dövlət İdarəsi (BDYPİ) dayanma- qaydalarının pozulması ilə bağlı sürücülərə xəbərdarlıq edib.

İdarədən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, xəbərdarlıqda qeyd olunub ki, dayanma-durma qaydalarının pozulması sıxlığının əsas səbəblərindən biridir:

"Paytaxtımızda və respublikamızın müxtəlif bölgələrində nəqliyyat vasitələrinin sayı artır və yol hərəkətində intizamın qorunması, hər bir sürücünün qaydalara etməsi daha da vacib kəsb edir.

Parklanma və dayanma-durma qaydalarına riayət olunmaması problemlərə səbəb olur və bunun nəticəsində hərəkət zolaqları iflic olur, digər sürücülərin manevr imkanları məhdudlaşdırılır, nəqliyyat axını ləngiyir və sıxlıq yaranır yol-nəqliyyat hadisələrinin başvermə riskini artırır.

Bunun qarşısını almaq üçün sürücülərdən xahiş edilir ki, avtomobillərini yalnız nəzərdə tutulmuş dayanacaq və parklanma yerlərində saxlamalı, qısa müddətli dayanma zamanı belə digər nəqliyyat vasitələrinin və ictimai nəqliyyatın hərəkətinə maneə yaratmamalıdır.

Unutmayaq ki, səhlənkar davranış yüzlərlə insanın hərəkətində gecikməyə səbəb olur.

Baş Dövlət Yol Polisi bir daha bütün sürücülərə müraciət edir: parklanma və dayanma-durma qaydalarına ciddi şəkildə əməl olunmalı, yol hərəkətində intizamı qorumalı, tıxacların və qəzalara səbəb ola biləcək halların yaranmasına imkan verməməlidir".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax