Operativ Məlumat Mərkəzi

DYP küləkli hava şəraiti ilə bağlı müraciət edib

2 dəq
Paylaş:
DYP küləkli hava şəraiti ilə bağlı müraciət edib

Baş Dövlət Yol Polisi İdarəsi küləkli ilə bağlı iştirakçılarına müraciət edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, müraciətdə deyilir:

"Bir neçə gündür davam edən şəraiti respublikanın müxtəlif bölgələrində yol hərəkəti iştirakçılarının təhlükəsizliyi üçün əlavə risklər yaradır. Belə hava şəraitində nəqliyyat vasitələrinin idarə olunması çətinləşir, sükan üzərində nəzarət zəifləyir ki, bu da qəfil və arzuolunmaz yol-nəqliyyat hadisələrinə səbəb ola bilər.

Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarına müraciət edərək baxımından aşağıdakı məqamlara xüsusi diqqət yetirməyi tövsiyə edir:

- müşahidə olunan ərazilərdə sürət həddini azaltmaq və hərəkəti hava şəraitinə uyğun qurmaq;

- digər nəqliyyat vasitələri ilə təhlükəsiz ara məsafəsini qorumaq;

- sükanı möhkəm saxlamaq;

- açıq magistral yollarda, körpülərdə və dağlıq ərazilərdə daha diqqətli olmaq;

- avtomobilləri park edərkən aşma riski olan ağacların, dirəklərin və reklam lövhələrinin altında saxlamamaq.

Eyni zamanda piyadaların da keçidlərdən istifadə edərkən diqqətli olmaları, yaxınlaşan nəqliyyat vasitələrinin sürətini müşahidə etmələri, açıq meydanlarda və geniş yollarda hərəkət zamanı isə daha ehtiyatlı davranmaları vacibdir.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha bütün hərəkət iştirakçılarını yol hərəkəti qaydalarına məsuliyyətlə yanaşmağa çağırır".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax