Operativ Məlumat Mərkəzi

DYP hava şəraiti ilə bağlı müraciət edib

2 dəq
Paylaş:
DYP hava şəraiti ilə bağlı müraciət edib

DİN-in Baş Dövlət Yol Polis İdarəsi mövcud ilə bağlı iştirakçılarına müraciət edib.

İdarədən "Operativ Məlumat Mərkəzi-OMM"-ə daxil olan məlumata görə, müraciətdə deyilir:

"Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə hazırda respublika ərazisində müşahidə olunan dumanlı hava şəraiti ilə əlaqədar Abşeron yarımadası da daxil olmaqla bir sıra bölgələrdə görünüş məsafəsi 500 metrədək məhdudlaşıb.

Dumanlı havanın digər hərəkət iştirakçılarını və nizamlama vasitələrini vaxtında və aydın görünməsinə maneə yaratdığını nəzərə alaraq, sürücülərə belə havalarda daha diqqətli olmaq, sürət həddini hava şəraitinə uyğun seçmək, vasitələrinin, xüsusilə xarici işıq cihazlarının sazlığına diqqət yetirmək, ötmə və manevr etmə zamanı qaydalarına ciddi riayət etmək tövsiyə olunur.

Piyadalardan isə dumanlı hava şəraitində sürücülərin yolun hərəkət hissəsini və kənarlarını aydın görməkdə çəkdiklərini nəzərə alaraq, yola çıxarkən daha məsuliyyətli olmalarını xahiş edirik".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax