Operativ Məlumat Mərkəzi

Dövlət Departamentinin sözçüsü: Xaməneinin müşaviri məsuliyyətsiz açıqlama verib

2 dəq
Paylaş:
Dövlət Departamentinin sözçüsü: Xaməneinin müşaviri məsuliyyətsiz açıqlama verib

İranın ali rəhbəri ayətullah Seyid Əli Xaməneinin müşavirlərindən biri Kamal məsuliyyətsiz açıqlama verib.

"Operativ Məlumat Mərkəzi-OMM" “İran İnternational”a istinadən xəbər verir ki, bunu Departamentinin sözçüsü Metyu Miller jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, ABŞ Prezidenti Cozef Bayden və Antoni Blinkenin dediyi kimi, İranın mümkün nüvə silahı əldə etməsi ilə bağlı bütün variantlar masa üzərindədir: “İslam Respublikasının nüvə silahı əldə etməməsi ilə bağlı Birləşmiş Ştatların hədəfi dəyişməyib”.

"ABŞ hesab edir ki, diplomatiya uzunmüddətli və effektiv həll yoluna nail olmaq üçün ən yaxşı yoldur. Ancaq onların Atom Enerjisi üzrə Agentliklə (AEBA) edə bilməməsini nəzərə alaraq, biz indi diplomatiyadan uzağıq”, - M.Miller deyib.

Ötən gün Kamal Xərrazi vurğulayıb ki, İranın nüvə silahı əldə etməməsi və tətbiq etməməsi üçün ABŞ mümkün bütün vasitələrdən yararlanacaq: “Ancaq bu, baş verməyəcək” .

Ali rəhbərin müşaviri söyləyib ki, İsrail İranın nüvə obyektlərinə hücum etsə, İslam Respublikasının mövcudluğu təhlükə altında qalarsa, rəsmi Tehran nüvə doktrinasını dəyişəcək: “Bu halda İran nüvə silahı istehsal etmək imkanı əldə edəcək”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax