Əsas məzmuna keç

DİN və DSX Beyləqanda əməliyyat keçirib, 160 kq narkotik dövriyyədən çıxarılıb

DİN və DSX Beyləqanda əməliyyat keçirib, 160 kq narkotik dövriyyədən çıxarılıb

Daxili İşlər Nazirliyi (DİN) və Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları tərəfindən birgə keçirilən daha bir xüsusi əməliyyat nəticəsində qaçaqmalçılıq...

Daxili İşlər Nazirliyi (DİN) və Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları tərəfindən birgə keçirilən daha bir xüsusi nəticəsində qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilən külli miqdarda narkotik maddələrin qanunsuz dövriyyəyə buraxılmasının qarşısı alınıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə DİN-in Xidmətindən məlumat verilib.

Bildirilib ki, rayonunda keçirilən tədbir zamanı paytaxt sakini əvvəllər məhkum Tərlan Xasməmmədov saxlanılıb. Bu şəxsdən və onun sərnişin kimi əyləşdiyi avtomobildən tərkibi psixotrop maddələrlə zənginləşdirilərək yüksək təsiredici xassəyə malik olan 100 kiloqram qurudulmuş marixuana və 60 kiloqram tiryək aşkar edilib.

İlkin sorğu zamanı Tərlan Xasməmmədov ondan aşkar olunmuş narkotik vasitələri İran vətəndaşı “Yaşar” adı şəxsin vasitəsilə sərhədyanı bölgədə yerləşən Beyləqan rayonu, 2-ci Şahsevən kəndi ərazisində gizlədilən yerdən Bakı şəhərində müxtəlif ünvanlara çatdırıb pul qazanmaq məqsədilə əldə etdiyini bildirib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Foto qalereya

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…