Operativ Məlumat Mərkəzi

DİN sürücülərə müraciət edib

2 dəq
Paylaş:
DİN sürücülərə müraciət edib

Daxili İşlər Nazirliyi sürücülərə müraciət edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, müraciətdə yay tətili və ya mövsümlə əlaqədar həftəsonları istirahət etmək üçün paytaxtdan respublikamızın digər şəhər və rayonlarına üz tutanların sayında artım müşahidə olunduğu qeyd olunub.

"Təəssüf ki, yollarda ani diqqətsizlik əksər hallarda ağır faciələrlə nəticələnən qəzalara səbəb ola bilir. Ona görə də risklərdən sığortalanmaq, bədbəxt hadisələrin qarşısını almaq üçün sizi aşağıdakı qaydalarına etməyə çağırırıq:

- səfərə çıxmazdan öncə avtomobilin texniki sazlığını yoxlayın;
- sərxoş vəziyyətdə sükan arxasına əyləşməyin;
- təhlükəsizlik kəmərindən istifadə edin;
- ⁠ həddini aşmayın;
- sürət həddini yolun növünə və hava şəraitə uyğun seçin;
- qarşıda hərəkət edən maşınla ara məsafəsinə edin;
- ötmə qaydalarına uyğun davranın;
- telefon istifadəsi və diqqət yayındıran bütün nüanslardan çəkinin;
- ⁠mümkünsə günün erkən saatlarında yola çıxın.

Hər zaman iki seçim var: Ya qaydalarına əməl etməklə sağ-salamat mənzil başına çatırsınız, ya da qaydalara biganə yanaşmaqla son mənzilə yaxınlaşırsınız. Unutmayaq ki, qəzalar təsadüfi yox, sürücü səhlənkarlığı və məsuliyyətsizliyi nəticəsində baş verir. Özünüzün və sevdiklərinizin mənzil başına sağ-salamat çatması üçün sükan sizin əlinizdədir. Yol hərəkəti və təhlükəsizlik qaydalarına əməl et, həyatını təhlükəyə atma!", - müraciətdə bildirilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax