Operativ Məlumat Mərkəzi

DİN paytaxt və bölgələrdə xüsusi əməliyyatlar keçirib

2 dəq
Paylaş:
DİN paytaxt və bölgələrdə xüsusi əməliyyatlar keçirib

DİN-in Baş Cinayətkarlıqla Mübarizə İdarəsi və bölgələrdə xüsusi keçirib.

DİN-in Mətbuat xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi vətəndaşların qanuni mənafelərinin qorunması, paytaxt və bölgələrdə kriminogen duruma nəzarət, o cümlədən odlu silah-sursat əldə edib saxlama, habelə və psixotrop maddələrin qeyri-leqal dövriyyəsinin qarşının alınması istiqamətində əməliyyatlar keçirib.

Tədbirlər zamanı cinayət törətməyə meyilli, o cümlədən kriminal həyat tərzinin təbliği ilə məşğul olan, ayrı-ayrı şəxslərdən hədə-qorxu ilə pul tələb edən və odlu silah-sursat saxlayan 20-dən artıq şəxs saxlanılıb. Onlardan xeyli sayda “Kalaşnikov” avtomatı, “Makarov” və digər markadan olan tapançalar, habelə müxtəlif çaplı patronlar aşkarlanıb.

Həmçinin, Baş İdarə əməkdaşları tərəfindən vətəndaşların narkotiklərin ziyanlı nəticələrindən qorunması, həmin vasitələrin daşınmasının qarşısının alınması, bu işin sərhədyanı bölgələrdə daha da gücləndirilməsi və xüsusən paytaxt ərazisində satışının qarşısının alınması məqsədi ilə də əməliyyatlar keçirilib. Sonuncu əməliyyatlar zamanı ümumilikdə 142 kiloqram müxtəlif adda narkotik vasitə qeyri-leqal dövriyyədən çıxarılıb, narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 3 mütəşəkkil dəstənin üzvləri, habelə qeyd edilən cinayətlərdə təqsirli bilinən 7 şəxs saxlanılıb. Narkotiklərlə əlaqəli başlanan 10 üzrə zəruri istintaq hərəkətləri aparılır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax

AI Assistant

operativmm.az

Xəbərlər haqqında soruşun

Son 3 ayın xəbərləri

Nümunələr