Operativ Məlumat Mərkəzi

DİN kibercinayətkarlıq halları ilə bağlı çağırış edib

2 dəq
Paylaş:
DİN kibercinayətkarlıq halları ilə bağlı çağırış edib

"Son dövrlər sosial şəbəkələrdə, messencerlərdə və vasitəsilə saxta mesajlar, “bonus”, “lotereya”, “mükafat qazandınız” kimi vədlərlə vətəndaşların kartı məlumatlarını ələ keçirməyə yönəlmiş cəhdlər var".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir bu barədə DİN-in müraciətində deyilir.

"Heç bir bank, dövlət qurumu və ya rəsmi platforma vətəndaşlardan kartın PIN kodunu, CVV nömrəsini, üzərindəki 16 rəqəmi və ya SMS-lə göndərilən birdəfəlik şifrəni tələb etmir.

Bu cür məlumatların paylaşılması, kart hesabınızda şəxsi vəsaitlərinizin həcmindən asılı olmayaraq oğurlanması ilə nəticələnə bilər.

Şübhəli linklərə daxil olmayın, sayt ünvanının orijinal olduğuna əmin olun, pul köçürülməsi”, “hesabınız dondurulub” və ya “kartınız bloklanıb” kimi panika yaradan mesajlara inanmayın. Əgər bu cür hallarla qarşılaşırsınızsa, dərhal 102 Zəng Mərkəzinə və banka məlumat verin", DİN-in çağırışında deyilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax