Operativ Məlumat Mərkəzi

DİM sədri imtahanların nəticələri ilə tam razı deyil

2 dəq
Paylaş:
DİM sədri imtahanların nəticələri ilə tam razı deyil

"Məktəblərdə keçirilən imtahanların nəticələri ilə tam razı olduğumuzu deyə . Burada daha yaxşı nəticələr görmək istəyərdik".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə İnsan Resursları Zirvəsində “Yerin dərinliyindən beyin dərinliyinə köç” mövzusundakı paneldə zamanı deyib.

Onun sözlərinə görə, son üç il pandemiya dövrünə təsadüf etdiyindən istiqamətdə gedən dəyişikliklər alınmasa da, mənfi tendensiya da müşahidə olunmayıb: "Amma bununla yanaşı dəyişmə sürəti yüksək olmasa da, müsbət tendensiyalar var. Bu ilin buraxılış imtahanlarının nəticələri ilə bağlı danışarkən məzunlar xarici dili BB1 səviyyəsinə uyğun olaraq bilir. Bu proses daimi gedir".

"29 il ərzində aparılan anket sorğularının nəticəsinə görə təsdiq olunur ki, hər il qəbul imtahanında 600 baldan yuxarı nəticə uşaqların heç olmasa bir valideyni ali təhsillidir. Ən yüksək nəticə göstərən məzunların nəticəsi valideynlərinin təhsilindən asılıdır. Bu, elmi əsaslı faktdır", - DİM sədri bildirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Elm və təhsil

Hamısına bax