Operativ Məlumat Mərkəzi

Daxili İşlər Nazirliyində əməliyyat müşavirəsi keçirildi - FOTO

2 dəq
Paylaş:
Daxili İşlər Nazirliyində əməliyyat müşavirəsi keçirildi - FOTO

Sentyabrın 22-də Daxili İşlər Nazirliyində ölkəmizdə keçiriləcək III MDB Oyunları müddətində asayişin mühafizəsinin təşkili və qarşıda duran vəzifələrə həsr olunmuş videokonfrans formatında naziryanı müşavirəsi keçirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, müşavirəni giriş sözü ilə açan nazir general-polkovnik Vilayət Azərbaycanın son illər bir çox nüfuzlu idman yarışlarına ev sahibliyi etdiyini, orqanlarının belə tədbirlərdə ictimai təhlükəsizliyin və ictimai asayişin təmini sahəsində böyük təcrübə qazandığını diqqətə çatdırıb.

“2025-ci ildə Müstəqil Dövlətlər Birliyinin idman paytaxtı” elan edilən Gəncə şəhərində və ölkəmizin digər 6 şəhərində sentyabrın 28-dən oktyabrın 8-dək müddətdə keçiriləcək III MDB Oyunları müddətində gücləndirilmiş iş rejimində xidmət aparacaq polis əməkdaşlarının və Daxili Qoşunların hərbi qulluqçularının qarşıya qoyulan vəzifələri yüksək səviyyədə yerinə yetirmələrinin vacibliyi qeyd olunub.

V.Eyvazov ölkəmizin ev sahibliyi edəcək bu əhəmiyyətli idman tədbiri ərəfəsində və günləri zamanı da iştirakçıların, azarkeşlərin, ölkəyə gələn qonaqların və xarici media nümayəndələrinin təhlükəsizliyinin təmin edilməsi, oyunların keçirildiyi və ərazilərdə ictimai qaydanın qorunması, buraxılış məntəqələrində təhlükəsizliyin gücləndirilməsi, eləcə də insanların rahat, maneəsiz hərəkət etmələri üçün əlverişli şəraitin təmin edilməsi barədə tələb və tövsiyələrini verib.

107252bb-5ef4-40da-a110-d7e29092fb86.jpg

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax