"İran və ABŞ hələ də yekun sülh sazişi imzalamaqdan uzaqdırlar, lakin tərəflər əksər məsələlərdə razılığa gəliblər".
“Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqai deyib.
“Düzdür, müzakirə olunan məsələlərin əksəriyyəti üzrə razılıq əldə edilib, amma heç kim bunun tezliklə atəşkəs imzalanacağı anlamına gəldiyini iddia edə bilməz”, - o vurğulayıb.
Bəqai qeyd edib ki, danışıqlar prosesi ABŞ-nin mövqeyində tez-tez dəyişikliklər səbəbindən mürəkkəbləşir.