Operativ Məlumat Mərkəzi

Daha 3 ünvanda mindirib-düşürmə yerləri yaradılıb

2 dəq
Paylaş:
Daha 3 ünvanda mindirib-düşürmə yerləri yaradılıb

zolaqlarında minik avtomobillərinin sərnişinləri mindirib-düşürməsi üçün daha 3 ünvanda xüsusi yerlər yaradılıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM" Yerüstü Agentliyindən (AYNA) bildirilib.

Növbəti belə yerlər Rəşid küçəsində (Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının qarşısı), Rəşid Behbudov və Mikayıl Rəfili, eləcə də 28 May və Fikrət Əmirov küçələrinin kəsişmələrində təşkil edilib. Ərazilərdə müvafiq lövhələr də yerləşdirilib.

Mindirib-düşürmə yerlərindən istifadə zamanı ictimai nəqliyyatın hərəkətinə şərait yaradılmalı, minib-düşmələr ən qısa vaxtda yerinə yetirilməli, və manevretmə qaydalarına əməl edilməlidir. Bu yerlər əsas cəlbetmə məntəqələri, nəqliyyat vasitələrinin rahat manevr etməsi və sərnişinlərin təhlükəsizliyi nəzərə alınmaqla təşkil edilir. Məqsəd avtobus zolaqlarında ictimai nəqliyyatın hərəkətinə mane olmadan sərnişinlərin minib-düşməsinə imkan yaratmaqdır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: İnfrastruktur

Hamısına bax