Operativ Məlumat Mərkəzi

Dağlıq rayonlara qar yağıb - FAKTİKİ HAVA

2 dəq
Paylaş:
Dağlıq rayonlara qar yağıb - FAKTİKİ HAVA

Fevralın 1-nə olan məlumatına əsasən əksər rayonlarda arabir yağıntılı olub, rayonlarda qar yağıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, qar örtüyünün hündürlüyü Ağdərədə 9 sm, Qaxda 7 sm, , Şahbuz, Lerikdə 1 sm olub.

Düşən yağıntının miqdarı Biləsuvarda 6.0 mm, Lənkəranda 5.0 mm, Göytəpə, Astarada 4.0 mm, Ağdərə, Cəfərxanda 3.0 mm, Ordubad, Tərtər, Sabirabad, Salyan, Hacıqabul, Culfada 2.0 mm, Şahbuz, Naxçıvan, Naftalan, Gəncə, Şəmkir, Tovuz, Ağdam, Qax, , Qobustan, Lerik, Kürdəmir, Zərdab, Şirvan, Göyçay, Yevlax, Mingəçevir, Bərdədə 1.0 mm-dək, Bakıda və yarımadasında : Bakı, Sumqayıt, Maştağa, Binə, Neft Daşları, Pirallahı, Çilov adasında 1.0 mm-dək olub.

Duman: Naxçıvan, Şərur, Culfa, Daşkəsən, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Tovuz, Balakən, Şəki, Şamaxı, Qobustan, Quba, Xaltan, Tərtər, Yevlax, Göyçay, Beyləqan, Cəfərxan, Salyan, Biləsuvar, Hacıqabul, Lerikdə müşahidə olunub, görünüş məsafəsi 50-500 metrədək məhdudlaşmışdır.

Havanın temperaturu yanvarın 31-də Bakıda temperatur iqlim normasından 3.1° yuxarı olub, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 8-11° isti, Naxçıvan MR-da 2-6° isti, dağlıq rayonlarda 1° şaxtadan 3°-dək isti, aran rayonlarında 5-9° isti olub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax