Əsas məzmuna keç

Çin və Cənubi Afrika BRİKS əməkdaşlığını gücləndirməyi planlaşdırır

Çin və Cənubi Afrika BRİKS əməkdaşlığını gücləndirməyi planlaşdırır

bu barədə Çin sədri Si Tsinpin və CAR prezidenti Siril Ramafosa arasında Pekində keçirilən danışıqlardan sonra iki ölkənin birgə bəyanatında deyilir....

Çin və Respublikası BRİKS ölkələri çərçivəsində qarşılıqlı fəaliyyəti gücləndirməyi və məsələlərini əməkdaşlığın gündəliyinə qoymağı planlaşdırır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Çin sədri Si Tsinpin və CAR prezidenti Siril Ramafosa arasında Pekində keçirilən danışıqlardan sonra iki ölkənin birgə bəyanatında deyilir.

“Tərəflər BRİKS mexanizmi çərçivəsində koordinasiyanı daha da gücləndirmək və genişləndirilmiş BRİKS formatında əməkdaşlığın daha praktik nəticələrinə nail olmaq üçün işləmək barədə razılığa gəliblər”, - məlumatda deyilir.

Çin və Cənubi Afrika "inkişaf məsələlərinin beynəlxalq əməkdaşlıq gündəliyinin mərkəzinə qaytarılmasını fəal şəkildə təşviq etmək" niyyətlərini ifadə ediblər. Onlar həmçinin BMT-nin Dayanıqlı İnkişaf üzrə 2030 Gündəliyini həyata keçirməyi hədəfləyirlər.

Sənəddə qeyd olunub ki, Çin Cənubi Afrikanın BRİKS üzvlüyünün “tarixi genişlənməsində” oynadığı fəal rolu yüksək qiymətləndirir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…