Operativ Məlumat Mərkəzi

Çin İrandan 3125, İsraildən isə 500-dən çox vətəndaşını təxliyə edib

2 dəq
Paylaş:
Çin İrandan 3125, İsraildən isə 500-dən çox vətəndaşını təxliyə edib

Çin İsrailin hücumları və İranın cavab tədbirləri nəticəsində gərginliyin artması fonunda İrandan 3125, İsraildən isə 500-dən çox vətəndaşını təxliyə edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Ciakun konfransında bildirib.

Çinin İsraildəki səfirliyinin də 500-dən çox vətəndaşının təxliyyəsini təmin etdiyini ifadə edən Quo, İngiltərə, Hindistan və Polşadan olan vətəndaşların təxliyəsinə kömək etdiyini də açıqlayıb.

Quo , İran, , Türkmənistan, , İraq, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Küveyt, Misir və İordaniyanın Çin vətəndaşlarının bu iki ölkədən evakuasiyasına köməklik göstərdiyini ifadə edərək təşəkkürünü bildirib.

Tehran və Təl-Əvivdəki Çin səfirlikləri İran və İsrail arasında münaqişə başlayandan sonra öz vətəndaşlarına xəbərdarlığı edərək, ölkələrini tərk etmələrini tövsiyə edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax