Operativ Məlumat Mərkəzi

Çexiyalı deputatlar Ağdamda olublar

3 dəq
Paylaş:
Çexiyalı deputatlar Ağdamda olublar

Çex Respublikası Parlamentinin Palatasının Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri Yan Kubik və Deputatlar Palatasının üzvü Mişal Ratiborski iyunun 21-də işğaldan azad edilmiş Ağdam şəhərində olublar. Çexiyalı parlamentariləri səfərdə -Çexiya parlamentlərarası üzrə işçi qrupunun üzvü, Milli Məclisin deputatı Əliabbas Salahzadə müşayiət edib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, Çexiya nümayəndə heyətinə Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı Ağdamda törətdiyi müharibə cinayətləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, Ermənistanın işğalına qədər Ağdam nəinki Qarabağ bölgəsinin, eləcə də respublikanın ən böyük, inkişaf etmiş şəhərlərindən olub. Erməni faşistlər 1993-cü il iyulun 23-də Ağdamı işğal etdikdən sonra evləri, məktəbləri – bütün infrastrukturu talan edib, dağıdıb və yandırıblar. Ağdamda qəbiristanlıqlar, tarixi, mədəni abidələr də erməni vandalizminə məruz qalıb.

Ağdam şəhər Cümə məscidinə gələn qonaqlara bildirilib ki, işğal dövründə ermənilər məscidi tam dağıtmayaraq, onun minarələrindən hərbi məqsədlər üçün istifadə ediblər. Bununla belə məscidin bəzi hissələri sökülüb, yazıları silinib, tanınmaz vəziyyətə salınıb. Erməni vandalları Ağdam Cümə məscidində də mal-heyvan saxlamaqla azərbaycanlılara, müsəlman aləminə qarşı nifrətlərini nümayiş etdiriblər. Qeyd edilib ki, Ağdam şəhəri işğaldan azad olunduqdan sonra Fondu tərəfindən Cümə məscidində bərpa işlərinə başlanılıb.

Qonaqlar Ağdam şəhərinin mərkəzi küçəsində, Şəhidlər xiyabanında erməni barbarlığının izləri ilə tanış olublar. Sonra onlara Prezidentin xüsusi nümayəndəliyinin Ağdamdakı düşərgəsində Ağdam şəhərinin Baş planı çərçivəsində həyata keçiriləcək quruculuq işləri barədə ətraflı məlumat verilib. Ağdam Konfrans Mərkəzi ilə də tanış olub.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax