Operativ Məlumat Mərkəzi

Çerçesov: “Qarabağ”la oyunda 15 dəqiqəlik zəif çıxış bizi turnirdən kənarda qoydu"

2 dəq
Paylaş:
Çerçesov: “Qarabağ”la oyunda 15 dəqiqəlik zəif çıxış bizi turnirdən kənarda qoydu"

”la oyunda 15 zəif çıxış bizi Çempionlar Liqasından kənarlaşdırmağa kifayət etdi”.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Macarıstanın “Ferentsvaroş” klubunun Stanislav Rusiya mətbuatına müsahibəsində deyib.

Hədəflərinin növbəti mövsüm Çempionlar Liqasının qrupuna düşmək olduğunu bildirən rusiyalı mütəxəssis cari mövsüm bunu bacara bilməmələrini ani diqqətsizliklə əlaqələndirib.

Çerçesovun fikrincə, III təsnifat mərhələsində çempionu “Qarabağ”la görüşdə qalib gələ bilərdilər: “Qrupa düşmək üçün 8 oyun keçirməlisən ki, bu da ayrıca bir mövsümə bərabərdir. Ora qədər irəliləmək həm də prestij və maliyyə baxımından böyük şansdır. Bu mövsüm “Qarabağ”la qarşılaşmada imkanı qaçırdıq. Gələn mövsüm bunun təkrarlanmaması üçün heyəti gücləndirməliyik”.

Qeyd edək ki, “Qarabağ” Bakıda heç-heçə etdiyi (1:1) “Ferentsvaroş”a Budapeştdə 3:1 hesabı ilə qalib gələrək mübarizəni davam etdirmişdi. Macarıstan təmsilçisi Konfrans Liqasının 1/8 final mərhələsinə qədər irəliləməyi bacarmışdı.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Futbol

Hamısına bax