Əsas məzmuna keç

Çempionlar Liqası: Bu gün PSJ və "İnter" arasında final oyunu keçiriləcək

Çempionlar Liqası: Bu gün PSJ və "İnter" arasında final oyunu keçiriləcək

turnirin final oyununda Fransanın PSJ və İtaliyanın "İnter" komandaları üz-üzə gələcək. Almaniyanın Münxen şəhərindəki "Alyans Arena"da keçiriləcək...

Bu gün UEFA Çempionlar Liqasında 2024/2025-ci mövsümünə yekun vurulacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, turnirin oyununda Fransanın və İtaliyanın "İnter" komandaları üz-üzə gələcək.

Almaniyanın Münxen şəhərindəki "Alyans Arena"da keçiriləcək qarşılaşma vaxtı ilə saat 23:00-da başlayacaq. Görüşü Macarıstan əsilli rumıniyalı FIFA referisi İştvan Kovaç idarə edəcək.

Həlledici oyun öncəsi Paris klubunun heyətində itki yoxdur. Milan təmsilçisinin isə iki futbolçusu final matçını buraxacaq. Argentinalı oyunçular - Xoakin Korrea və Valentin Karboni zədə səbəbindən vacib matçda komandaya kömək edə bilməyəcəklər.

Qeyd edək ki, yarımfinalda PSJ İngiltərənin "Arsenal" klubunu, "İnter" isə İspaniyanın "Barselona" komandasını mübarizədən kənarlaşdırıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…