Operativ Məlumat Mərkəzi

Çaylarda sululuq artıb, sel və daşqın ehtimalı var

1 dəq
Paylaş:
Çaylarda sululuq artıb, sel və daşqın ehtimalı var

Çaylarda müşahidə olunan vəziyyət açıqlanıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, aprelin 14-dən 15-nə keçən gecədən ölkənin bir çox ərazilərində müşahidə olunan leysan xarakterli intensiv yağıntılarla əlaqədar əksər daxili çaylarda artıb.

Avtomat hidroloji stansiyaların məlumatına əsasən ən çox artım Böyük ərazisindən axan çaylarda müşahidə olunub.

Belə ki, Böyük Qafqaz ərazisindən axan Vəlvələçayda 28 sm, Qarasuçayda 12 sm, Qudyalçayda 7 sm, Kiçik Qafqaz ərazisindən axan Əsrikçayda 8 sm, Zəyəmçayda 5 sm, və Şərqi Zəngəzur bölgəsindən axan Oxçuçayda 19 sm, Bəsitçayda 8 sm, Zabuxçayda 7 sm, Lənkəran-Astara bölgəsindən axan Lənkərançayda isə 17 sm artım qeydə alınıb.

Qeyd edək ki, növbəti günlərdə də çaylarda yüksək sululuğun davam edəcəyi, bəzi çaylardan sel və daşqın keçəcəyi ehtimal olunur.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax