Operativ Məlumat Mərkəzi

Buzovnada intihara cəhdin qarşısı alınıb

2 dəq
Paylaş:
Buzovnada intihara cəhdin qarşısı alınıb

Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri Buzovnada intihara cəhdin qarşısını alıblar.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Nazirlikdən bildirilib.

Məlumata görə, günorta saatlarında Bakı şəhərinin Xəzər rayonu, Buzovna qəsəbəsində 1 nəfər qadın 9 mərtəbəli binasının 5-ci mərtəbəsinin pəncərəsinə intihar etmək istəyini nümayiş etdirib. Bunu görən dərhal FHN-in “112” qaynar telefon xəttinə məlumat veriblər. Qısa müddət sonra əraziyə Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub.

Xilasedici vətəndaşla yaxın məsafədən psixoloji söhbət aparmaq üçün xüsusi alpinist ləvazimatlarından istifadə etməklə 5-ci mərtəbədə qonşu mənzilin eyvanına enib. Eyni zamanda binanın həyətində xilasetmə yastığı açmaqla, zəruri tədbirləri görülüb. Lakin vətəndaşla aparılan psixoloji söhbətlər nəticə vermədiyindən, xilasedicilər intihara cəhd edən şəxs hiss etmədən astaca mənzilə daxil olaraq əlverişli şəraitdən istifadə edərək anidən vətəndaşı tutub onun intihara cəhdinin qarşısını alıblar.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax