Operativ Məlumat Mərkəzi

Buzovnada dənizdə köməksiz qalan balıqçılar xilas edilib

1 dəq
Paylaş:
Buzovnada dənizdə köməksiz qalan balıqçılar xilas edilib

Fövqəladə Hallar Nazirliyinin “112” xəttinə Bakı şəhəri, Xəzər rayonu Buzovna qəsəbəsi ərazisində dənizdə vətəndaşların köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Nazirliyin xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Zuğulba” dalğıc-axtarış qrupu cəlb edilib.

Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində sahildən təxminən 500 metr məsafədə dənizdə qayalıq ərazidə köməksiz vəziyyətdə qalan , 1985-ci il təvəllüdlü Məmmədov Azər Elxan oğlu, 1990-cı il təvəllüdlü Həsənov Namiq Şükür oğlu və 1985-cı il təvəllüdlü Cəfərov Cəmaləddin Nuhin oğlu sahilə xilas ediliblər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax