Operativ Məlumat Mərkəzi

Bu tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti UZADILDI

1 dəq
Paylaş:
Bu tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti UZADILDI

Bakıda COVID-19 xəstələrinə xidmət tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi tibb məntəqələrində yeni növ (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin verilməsi iyulun 1-dən oktyabradək uzadılıb.

Daha bir qərarla yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına verilən əlavənin müddəti də oktyabrın 1-dək uzadılıb.

Xatırladaq ki, bundan əvvəlki müddət iyulun 1-i təyin edilmişdi.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax