Operativ Məlumat Mərkəzi

Bu şəxslər deputat pensiyası alacaqlar! - SİYAHI AÇIQLANDI

2 dəq
Paylaş:
Bu şəxslər deputat pensiyası alacaqlar! - SİYAHI AÇIQLANDI

Sentyabrın 1-də Azərbaycanda seçkiləri keçiriləcək. 2020-ci ildə baş tutan seçkidə seçilən bir çox şəxs budəfəki seçkidə də namizəddir.

"Operativ Məlumat Mərkəzi-OMM"-in Modern.az-a istinadən məlumatına görə, növbədənkənar parlament seçkilərində iştirak etməyən VI Milli Məclisin bir sıra deputatları seçkidən sonra pensiyaya çıxacaqlar.

müstəqillik qazandıqdan sonra - 1995-ci ildən bu yana deputat seçilənlərin pensiya almaq hüququ var. Qeyd edək ki, hazırda Azərbaycanda kişilər üçün əmək pensiyası yaşı 65, qadınlar üçün 64-dür.

Beləliklə, seçkidən sonra deputat pensiyası alacaq şəxslər aşağıdakılardır:

- İsa Həbibbəyli - 74 yaş

- Sədaqət Vəliyeva - 70 yaş

- Oqtay Əsədov - 69 yaş

- Vahid Əhmədov - 76 yaş

- Fəzail Ağamalı - 76 yaş

- Sabir Rüstəmxanlı - 78 yaş

- Tahir Kərimli - 68 yaş

- Aqiyə Naxçıvanlı - 66 yaş

- Bəxtiyar Sadıqov - 72 yaş

Pensiyalarla bağlı qanuna görə, Azərbaycan Respublikası Milli Məclisinin sabiq deputatı fəaliyyətdə olan deputatın əməkhaqqının 80 faizi miqdarında pensiya almaq hüququna malikdir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Milli Məclis

Hamısına bax