Əsas məzmuna keç

Bu il orduda qəsdən adam öldürmə cinayəti qeydə alınmayıb

Bu il orduda qəsdən adam öldürmə cinayəti qeydə alınmayıb

bunu Hərbi prokuror Bəhruz Əhmədov Hərbi Prokurorluqda keçirilən geniş Kollegiya iclasında bildirib. O qeyd edib ki, cinayət işlərinin başlanmasının...

2025-ci ilin birinci yarımilində qəsdən adam öldürmə və qəsdən sağlamlığa ağır vurma cinayətləri alınmayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu prokuror Bəhruz Hərbi Prokurorluqda keçirilən geniş Kollegiya iclasında bildirib.

O qeyd edib ki, cinayət işlərinin başlanmasının qanuniliyinə və əsaslılığına xüsusi diqqət yetirilməsi, icraatda olan işlər üzrə bütün halların hərtərəfli, tam və obyektiv araşdırılması istiqamətində həyata keçirilmiş fəaliyyət, düzgün qurulmuş metodikası və taktikası, səriştəli aparılan istintaq hərəkətləri, tələb edilən səviyyədə prosessual rəhbərlik, eləcə də işçilərin peşəkarlığı və əzmi sayəsində qeydə alınmış cinayətlərin ümumilikdə 99,2 faizi açılıb.

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…