Operativ Məlumat Mərkəzi

Bu il Aşurada qanvermə məntəqələrinin sayı iki dəfədən çox artırılıb

2 dəq
Paylaş:
Bu il Aşurada qanvermə məntəqələrinin sayı iki dəfədən çox artırılıb

Azərbaycanda ötən il ilə əlaqədar 16 ünvanda keçirilən qanvermə aksiyasının dairəsi bu il 35-ə çatdırılıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Məlumata görə, iyul ayının 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyindəki İlahiyyat İnstitutunda qanvermə aksiyası keçiriləcək.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü və təşkilatçılığı, Gənclər Fondu, Milli QHT Forumu, Azərbaycan Könüllü Təşkilatları İttifaqının dəstəyi ilə Aşura günündə keçiriləcək aksiyaya könüllü şəxslər, millət vəkilləri, ziyalılar və ictimaiyyət nümayəndələri qatılacaqlar.

Qeyd edək ki, bu il aksiyalar Naxçıvan Muxtar Respublikası daxil olmaqla Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsinin müəyyən etdiyi ünvanlarda ( müəssisələri, xəstəxana, məscid və ziyarətgahlar) təşkil ediləcək. Sevindirici haldır ki, İslam dünyası üçün nümunə olan aksiyaya ildən ilə maraq artır, Aşurada qan donorluğu təşəbbüsü cəmiyyətdə geniş dəstək qazanır. Qan vermək sağlamlığımıza faydalı olmaqla yanaşı, hemofiliyalı və talassemiyalı xəstələrin, həmçinin qana ehtiyacı olan insanların həyatını xilas edir.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax