Operativ Məlumat Mərkəzi

Bu gün Füzuliyə köçürülən ailələrə mənzillərinin açarları təqdim edilib

1 dəq
Paylaş:
Bu gün Füzuliyə köçürülən ailələrə mənzillərinin açarları təqdim edilib

Avqustun 22-də Bakı şəhərinin rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınan növbəti köç karvanı Füzuli şəhərinə çatıb. Yeni ailələrə mənzillərinin açarlarının təqdimat mərasimi keçirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Qaçqınların və Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən bildirilib.

Mərasimdə Respublikası Prezidentinin iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) xüsusi nümayəndəliyinin və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

Köçürülən ailələr Füzuli şəhərində yenidən tikilən evlərdə məskunlaşacaqlar. Bu mərhələdə Füzuli şəhərinə daha 23 ailə - 89 nəfər köçürülüb. Bununla da Füzuli şəhərində 70 ailə, yəni 247 nəfərin daimi məskunlaşması təmin edilib.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax