Əsas məzmuna keç

Brüsseldə İlham Əliyev və Nikol Paşinyan arasında görüş olacaq

Brüsseldə İlham Əliyev və Nikol Paşinyan arasında görüş olacaq

bunu iyulun 6-da hökumətin iclasında N.Paşinyan deyib. O söyləyib ki, görüş Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə...

Belçikanın paytaxtı Brüsseldə İlham Əliyevlə Ermənistanın baş naziri arasında görüş olacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu iyulun 6-da hökumətin iclasında N.Paşinyan deyib.

O söyləyib ki, görüş Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə keçiriləcək.

N.Paşinyan bildirib ki, Ermənistanla arasında sülh müqaviləsinin mətni imzalanmaya hazır deyil, eyni zamanda bunun üçün şərait yetişməyib: “Ümid edirəm ki, qarşıdan gələn görüş zamanı Vaşinqtonda qeydə alınan müsbət məqamlar nəzərə alınacaq”.

həmçinin əlavə edib ki, Ermənistanla Azərbaycan arasında bütün məsələlər diplomatik yolla həll olunmalıdır.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…