Əsas məzmuna keç

Britaniyanın müdafiə üzrə dövlət naziri Azərbaycana səfərindən sonra Ermənistana gedib

Britaniyanın müdafiə üzrə dövlət naziri Azərbaycana səfərindən sonra Ermənistana gedib

Lord Vernon Koaker İrəvanda müdafiə naziri Suren Papikyanla görüşüb, müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Görüşdə iki ölkənin...

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Koaker Ermənistanda səfərdədir.

"Operativ Məlumat Mərkəzi-OMM" Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Lord Vernon Koaker İrəvanda Suren Papikyanla görüşüb, müdafiə sahəsində məsələləri müzakirə olunub.

Görüşdə iki ölkənin səfirləri, həmçinin Böyük Britaniyanın Ermənistandakı ilk hərbi attaşesi mayor Tomas Şorland Boll da iştirak edib.

Nazirlər hesab edirlər ki, Ermənistan və Böyük Britaniyada rezident attaşelərin təyin edilməsi iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın daha da genişləndirilməsinə kömək edəcək.

Görüşdə bir sıra və regional məsələləri də müzakirə olunub.

Qeyd edək ki, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Koaker ötən gün Azərbaycanda səfərdə olub, bir sıra görüşlər keçirib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…