Operativ Məlumat Mərkəzi

Britaniyanın Baş naziri Türkiyəyə səfər edəcək

2 dəq
Paylaş:
Britaniyanın Baş naziri Türkiyəyə səfər edəcək

Böyük Britaniyanın Kir Starmer oktyabrın 27-də Türkiyəyə rəsmi səfər edəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Burhanəddin Duran sosial mediada paylaşım edib.

O bildirib ki, Kir Starmer Prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Ankaraya gələcək və ilə görüşəcək. B. Duranın sözlərinə görə, görüş zamanı Türkiyə-Böyük Britaniya münasibətləri yaxın müttəfiqlik və strateji səviyyədə kontekstində müzakirə olunacaq, həmçinin regional və məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

Bu, Kir Starmerin Türkiyəyə ilk rəsmi səfəri olacaq. Yerli KİV-lər xəbər verir ki, səfər zamanı Türkiyə və Böyük Britaniya “Eurofighter Typhoon” qırıcı təyyarələrinin alınması ilə bağlı sazişi yekunlaşdıracaq.

Qeyd edək ki, Starmer və Ərdoğan sonuncu dəfə bu ayın əvvəlində Misirin Şarm əl-Şeyx şəhərində, atəşkəslə bağlı sammit çərçivəsində görüşmüşdülər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Avropa xəbərləri

Hamısına bax