Operativ Məlumat Mərkəzi

Braziliyanın nazir müavini: COP30 COP29-da əldə edilmiş razılaşmalardan istifadə edəcək

2 dəq
Paylaş:
Braziliyanın nazir müavini: COP30 COP29-da əldə edilmiş razılaşmalardan istifadə edəcək

Hər COP sessiyası əvvəllər əldə razılaşmalara əsaslanır. Braziliyada keçiriləcək COP30 da COP29-da əldə edilmiş razılaşmalardan istifadə ediləcək.

Bunu "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlamasında Xarici İşlər Nazirliyinin iqlim, enerji, üzrə müavini Andre Korrea do Laqo bildirib.

“Braziliya üçlük ölkələrindən biri kimi bu görüşdə (PreCop29) xüsusi rol oynayır. Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), və Braziliya indi birlikdə işləyirlər. sonuncu COP-da biz hər konfransa sıfırdan başlaya bilməyəcəyimiz qənaətinə gəldik. İndi biz Azərbaycan və BƏƏ sədrlikləri ilə fəaliyyəti sıx əlaqələndiririk. Braziliya burada Belendə tamamlanacaq işləri hazırlamağa kömək etmək istəyən tərəfdaş kimidir”, - o qeyd edib.

Nazir müavini onu da vurğulayıb ki, real iqlim tədbirləri görülsə, 1,5°C hədəfinə nail olmaq olar:

"Biz dünyanı bu hədəfə çatmağın zəruriliyinə inandırmalıyıq. İnsanları qorxutmadan inandırmaq çox çətindir, çünki qorxu işləmir. Pis vəziyyətdə olacağımızı təkrarlayaraq nəticə əldə etmədik. Buna görə də insanların çox səhv etməsinə, həll yolları da tapa biləcəklərinə əsaslanaraq elmi reallığı nikbinliklə birləşdirmək lazımdır. Ümid edirəm ki, biz Bakıda və Belendə bu balansa nail ola biləcəyik".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: COP29

Hamısına bax