Operativ Məlumat Mərkəzi

Çətənə kolu yetişdirən şəxs saxlanılıb

2 dəq
Paylaş:
Çətənə kolu yetişdirən şəxs saxlanılıb

Qəbələ Rayon Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin və narkotik tərkibli bitkilərin kultivasiyasının qarşısının alınması istiqamətində keçirilib.

Daxili İşlər Nazirliyinin Xidmətinin Şəki regional qrupundan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı rayonun Bum qəsəbə sakini, əvvəllər məhkum olunmuş Elnur şübhəli şəxs kimi saxlanılıb.

Onun yaşadığı ünvana baxış keçirilən zaman evin həyətyanı sahəsindəki yarımçıq tikilidən və bostan bitkilərinin becərildiyi dirrikdən E.Eyyubov tərəfindən xüsusi aqrotexniki qulluq göstərməklə yetişdirilən, ümumi çəkisi 20 kiloqrama yaxın çətənə kolları aşkar edilib.

Aşkar edilən narkotik tərkibli bitkilər kökündən çıxarılaraq maddi sübut kimi götürülüb. Saxlanılan şəxs ifadəsində çətənə kollarını bir neçə ay bundan öncə becərdiyini və xüsusi qulluq göstərdiyini etiraf edib.

Faktla bağlı Qəbələ Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanılıb, E.Eyyubovun ətrafında zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax