Operativ Məlumat Mərkəzi

Bolqarıstan kombinatı SOCAR ilə birlikdə Panaqyurişteni qazlaşdırmağı planlaşdırır

2 dəq
Paylaş:
Bolqarıstan kombinatı SOCAR ilə birlikdə Panaqyurişteni qazlaşdırmağı planlaşdırır

Bolqarıstanın “ Medet” dağ-mədən zənginləşdirmə kombinatı Dövlət Neft (SOCAR) ilə birlikdə ölkənin şəhərinin (Pazarcik əyalətində, Sofiyadan 91 km şərqdə yerləşir) qazlaşdırılmasını həyata keçirməyi planlaşdırır.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə kombinatın icraçı direktoru Nikolay məlumat verib.

“Biz SOCAR ilə birlikdə şirkətimizin yerləşdiyi Panaqyurişte bələdiyyəsinin qazlaşdırılması layihəsini hazırlayırıq. Gələn il bu bələdiyyənin inzibati mərkəzi olan Panaqyuriştenin birgə qazlaşdırılmasına başlamağı planlaşdırırıq”, - icraçı direktor bildirib.

O qeyd edib ki, bu layihənin həyata keçirilməsi yaşayış evlərinin əsasən bərk yanacaqla qızdırıldığı regiona son dərəcə müsbət təsir göstərəcək.

N.Peltekov onu da xatırladıb ki, bu ilin iyun ayında SOCAR Bolqarıstanın sənaye müəssisələrinə, o cümlədən “Asarel Medet” kombinatına qaz tədarükünə başlayıb: “Biz strateji tərəfdaşımız olan SOCAR-ın uzunmüddətli perspektivdə bizi rəqabətqabiliyyətli qiymətlərlə qazla təmin edəcəyini gözləyirik”.

Qeyd edək ki, “Asarel Medet” kombinatı Bolqarıstanda mis və digər filiz növlərinin açıq üsulla hasilatını və emalını həyata keçirən ən böyük şirkətdir. Şirkət yüksək keyfiyyətli mis konsentratları və katod misi istehsal və tədarük edir. Bu il mayın 8-də SOCAR və “Asarel Investment” (“Asarel Medet” kombinatının törəməsi) arasında Anlaşma Memorandumu imzalanıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Energetika və Sənaye

Hamısına bax