Operativ Məlumat Mərkəzi

BMT-nin hakimlər və vəkillər üzrə xüsusi nümayəndəsi Azərbaycana gələcək

2 dəq
Paylaş:
BMT-nin hakimlər və vəkillər üzrə xüsusi nümayəndəsi Azərbaycana gələcək

11-17 oktyabr tarixlərində Bakı şəhəri Hakimlər Assosiasiyasının (IAJ) 67-ci Baş Assambleyasına ev sahibliyi edəcək. Tədbirə 71 ölkədən 300-ə yaxın hakim, beynəlxalq təşkilat nümayəndələri və hüquqşünaslar qatılacaq.

Hakimlər İttifaqından "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, tədbirlə əlaqədar BMT-nin hakimlərin və vəkillərin müstəqilliyi üzrə xüsusi nümayəndəsi Margaret Satterhwaite də Bakıya səfər edəcək. Onun iştirakı hakimiyyəti və digər hakimiyyət qolları arasındakı münasibətlər mövzusunda keçiriləcək beynəlxalq konfransda qanunun aliliyinin təmin olunmasında məhkəmələrin rolunun müzakirəsinə xüsusi verəcək.

Xatırladaq ki, Azərbaycan Hakimlər İttifaqının 2009-cu ildən üzv olduğu Beynəlxalq Hakimlər Assosiasiyası insan hüquqları və məhkəmə müstəqilliyinin qorunması istiqamətində önəmli addımlar atır. 2025-ci ildə Bakıda keçiriləcək Baş Assambleya çərçivəsində həmçinin qurumun idarəetmə orqanlarına seçkilər aparılacaq və növbəti müəyyən ediləcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax