Əsas məzmuna keç

BMT İsrail ordusunun İordan çayının qərb sahilində artan hücumlarını pisləyib

BMT İsrail ordusunun İordan çayının qərb sahilində artan hücumlarını pisləyib

Təşkilatının (BMT) İnsan Haqları İdarəsi İsrail ordusunun işğal altındakı İordan çayının qərb sahilində artan hücumlarını pisləyərək, hüququn pozulduğunu bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə yazı BMT-nin İnsan Haqları İdarəsinin açıqlamasında yer alıb.

Açıqlamada, 7 oktyabr - 27 avqust tarixləri arasında İordan çayının qərb sahili və Qüdsdə Fələstin torpaqlarını qəsb edən İsrail ordusunun hücumlarında 628 fələstinlinin bildirilib.

Qeyd olunub ki, İsrail ordusunun İordan çayının qərb sahilində həyata keçirdiyi hava hücumlarında 29-u uşaq, 3-ü qadın olmaqla 159 nəfər ölüb.

İordan çayının qərb sahilinin şimalında yerləşən Tülkərim şəhərindəki Nur Şəms Qaçqınlar Düşərgəsinə pilotsuz təyyarə ilə edilən hücumda biri 13, digəri 15 iki uşağın öldüyü bildirilib.

Hücum zamanı bölgədə İsrail qüvvələri ilə fələstinli qruplar arasında heç bir qarşıdurma olmadığı qeyd olunub və ölən iki uşağın hava hücumları zamanı vurulan evin yaxınlığındakı küçədən keçdiyi diqqətə çatdırılıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…