Operativ Məlumat Mərkəzi

Bəzi yerlərə yağış, yüksək dağlıq ərazilərə qar yağır – FAKTİKİ HAVA

1 dəq
Paylaş:
Bəzi yerlərə yağış, yüksək dağlıq ərazilərə qar yağır – FAKTİKİ HAVA

Milli Hidrometeorologiya noyabrın 4-ü saat 10:00-a olan faktiki havanı açıqlayıb.

Xidmətdən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, ölkə ərazisinin bəzi yerlərində arabir yağış, Kəlbəcər, Laçın, Qubadlının yüksək ərazilərinə isə qar yağır. Lənkəran-Astara bölgəsində yağıntılar leysan xarakterlidir.

Düşən yağıntının miqdarı Astarada 20, Lənkəranda 16, , Cəlilabad, eyni zamanda, Bakı və yarımadasında 2, Qəbələ, Qobustan, Xızı, Quba, Yardımlı, Biləsuvar, Sabirabad, Xaltan, Şabran, Şuşa, Xankəndi, Xocavənd, Xocalı, Füzulidə 1 millimetrdir.

Daşkəsən, Ağdam, Sarıbaş (Qax), Kişçay (Şəki), Şamaxı, Qrız, Xaltan, Göyçay, Lerikdə duman müşahidə olunur, görmə məsafəsi 500 metrədək məhdudlaşır.

Ölkə ərazisində müşahidə olunan yağıntılı noyabrın 5-i gündüzədək davam edəcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax