Operativ Məlumat Mərkəzi

Bəzi yerlərdə hava yağıntılı olub - FAKTİKİ HAVA

1 dəq
Paylaş:
Bəzi yerlərdə hava yağıntılı olub - FAKTİKİ HAVA

Dekabrın 25-i saat 10:00-a olan açıqlanıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Əksər rayonlarda əsasən yağmursuz keçib, lakin Bakıda və yarımadasında, eyni zamanda bəzi şərq rayonlarında arabir yağıntılı olub.

Düşən yağıntının miqdarı Xaçmaz və Qubada 3, , Bakıda və Abşeron yarımadasında 2, Qusarda 1 mm-dir.

Bəzi yerlərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında arabir 23, Qobustanda 16 m/s-dək güclənib.

Quba, Qusar, Şərur, Naftalan, Şəmkir, Yevlax ,Zərdab, Sabirabad, Biləsuvar, Lənkəran, İmişli, Astarada duman müşahidə olunub. Görünüş məsafəsi 200-500 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 7 isti, Naxçıvan MR-da 10, dağlıq rayonlarda 8, Aran rayonlarında 2 dərəcəyədək şaxta qeydə alınıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax