Operativ Məlumat Mərkəzi

Bəzi rayonlara leysan yağıb, güclü külək əsib

1 dəq
Paylaş:
Bəzi rayonlara leysan yağıb, güclü külək əsib

Saat 10:00-a olan məlumata görə əksər rayonlarda əsasən yağmursuz keçib, lakin axşam bəzi və dağətəyi rayonlarda qısamüddətli xarakterli yağış yağıb.

Milli Hidrometeorologiya Xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, düşən yağıntının miqdarı Ağstafada 9, Şahdağda 6, Tovuzda 3, Qubada 2, Ceyrançöl, Gədəbəy, Daşkəsəndə 1 mm-dir.

Qeyd olunub ki, ötən gün axşam saatlarında bəzi yerlərdə şimal-qərb küləyi əsib, küləyin sürəti Ağstafada 25, Şəmkir və Tovuzda 20 m/s dək güclənib.

Havanın maksimal temperaturu Bakıda və yarımadasında 39, Naxçıvan MR-da eyni zamanda Aran rayonlarında 40, dağlıq rayonlarda 32 dərəcəyədək isti qeydə alınıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax