Operativ Məlumat Mərkəzi

Bəxtiyar Hacıyevə hökm oxunub

2 dəq
Paylaş:
Bəxtiyar Hacıyevə hökm oxunub

Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə təqsirləndirilən Hacıyevin üzrə prosesi yekunlaşıb.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, o, 10 il müddətə azadlıqdan məhrum edilib.

Həmçinin məhkəmənin hökmü ilə onun Bakı şəhərində evinin, eləcə də bank hesablarında olan vəsaitlərinin müsadirə olunması barədə qərar qəbul edilib.

Qeyd edək ki, Bəxtiyar Hacıyev 2022-ci ilin dekabrında saxlanılıb.

O, İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi), Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 206.1 (qaçaqmalçılığa köməklik etmə), 221.2.2 (bir qrup şəxs tərəfindən ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən şəxsə müqavimət göstərməklə xuliqanlıq), 289.1-ci (məhkəmə baxışı iştirakçılarını təhqir etməklə məhkəməyə hörmətsizlik etmə), 320.1 və 320.2-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə təqsirli bilinib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax