Əsas məzmuna keç

Bəxtiyar Hacıyev həbsdə qaldı

Bəxtiyar Hacıyev həbsdə qaldı

bu barədə onun vəkili Aqil Layc məlumat yayıb. Qeyd edək ki, Bəxtiyar Hacıyev ötən il dekabrın 9-da saxlanılıb. Onun barəsində əvvəlcə Cinayət...

Bakı Apellyasiya Məhkəməsi fəal Hacıyevin ev dustaqlığına buraxılması barədə vəsatəti təmin etməyib.

"Operativ Məlumat Mərkəzi-OMM"xəbər verir ki, bu barədə onun vəkili Aqil Layc məlumat yayıb.

Qeyd edək ki, Bəxtiyar ötən il dekabrın 9-da saxlanılıb. Onun barəsində əvvəlcə Cinayət Məcəlləsinin 221.1 (xırda ) və 289.1 (məhkəməyə hörmətsizlik etmə) maddələri əsasında başlanıb. Xətai Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 1 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
Daha sonra Bəxtiyar Hacıyevə qarşı Cinayət Məcəlləsinin 221.2.2 (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıq) maddəsi ilə yeni ittiham irəli sürülüb.

Bu il yanvarın 21-də məhkəmə Bəxtiyar Hacıyevin həbs müddətini daha 1 ay uzadıb.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…