Operativ Məlumat Mərkəzi

Berlində metallurgiya zavodu yanır

1 dəq
Paylaş:
Berlində metallurgiya zavodu yanır

Almaniyanın Berlin şəhərində “Diehl Metal ” metallurgiya zavodu yanır.

"Operativ Məlumat Mərkəzi-OMM" “Bild”ə istinadən xəbər verir ki, bu barədə Berlinin yanğınsöndürmə xidmətinin nümayəndəsi bildirib.

Onun sözlərinə görə, binanın dörd mərtəbəsi tamamilə yanıb, bir hissəsi uçub: “Yanğını nəzarət altına almaq mümkün deyil”.

A.Vensel bildirib ki, binanın daxilində maddələrdə yanır: “Orada sulfat turşusu və mis də saxlanılırdı”. O qeyd edib ki, hidrogen sianid zəhərləyici turşunun yaranması təhlükəsi var. İnformasiyaya əsasən, hadisə yerinə 130 yanğınsöndürən cəlb edilib. Sakinlərə pəncərələri bağlamaq məsləhət görülüb. Xilasedicilər kimyəvi maddələrdən qorunmaq üçün kostyumlar geyinib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax